
Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə qurduqdan sonra səhnədən uzaqlaşan Aysel Teymurzadənin əri ilə birgə fotosu yayılıb.
Sosial şəbəkələrdən birində yerləşdirilən foto ötən aydan start götürən və avqustun 6-na kimi davam edəcək Qəbələ V Beynəlxalq Musiqi Festivalından çəkilib.
Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub.Azərbaycana "Avroviziya-2009" müsabiqəsində 3-cü yeri qazandıran müğənni Aysel Teymurzadə isə ailə qurduqdan sonra sənəti ilə vidalaşmışdı.
Qaynar.info