Xəbər lenti

Aysu İsmayılova 8 ölkənin 22 universitetindən qəbul aldı
Ölkə19:52 18.04.2022

Aysu İsmayılova 8 ölkənin 22 universitetindən qəbul aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin tələbəsi diplom almadan dünyanın səkkiz ölkəsinin 22 universitetindən qəbul alıb.
Qaynarinfo xəbər verir ki, bu haqda "Azərbaycan universitetləri” səhifəsində paylaşım edilib.
Belə ki, Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Aysu İsmayılova dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College London daxil olmaqla, səkkiz ölkənin (İngiltərə, İsveç, Danimarka, Finlandiya tam təqaüdlə, Almaniya, Çexiya, Niderland, İrlandiya) ümumilikdə 22 universitetindən qəbul alıb.