Xəbər lenti

Aytən Səfərova Samirənin yerinə keçdi - FOTO
Ölkə13:00 15.09.2016

Aytən Səfərova Samirənin yerinə keçdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Atv xəbər" yeni mövsümə yeni simalarla efirə çıxacaq. Qaynarinfo.Az milli.az-a istinadən xəbər verir ki, ANS telekanalından ATV-yə "transfer" olunan Aytən Səfərova yeni mövsümdən həmin kanalın efirində görünəcək. 
Bununla yanaşı "ATV xəbər"in tanınmış tele-jurnalisti Ariz Tarverdiyev, eləcə də jurnalist Əsmər Nəcməddinqızını da "Atv xəbər"in efirində görəcəyik. Artıq yeni simaların digər aparıcılarla birgə anons video-çarxı da yayımlanıb.
Qeyd edək ki, bir qədər öncə tanınmış tele-aparıcı Samirə Mustafayeva "ATV xəbər"dən ayrılmışdı.  
Qaynarinfo.Az