Xəbər lenti

Ayxan bu universitetin tələbəsi imiş...
Ölkə13:35 10.04.2022

Ayxan bu universitetin tələbəsi imiş...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alaraq bu gün vəfat edən Fətullazadə Ayxan Eldar oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi olub.
Qaynarinfo xəbər verir ki, Ayxan Fətullazadə İnşaat-texnologiya fakültəsinin 4-cü kursunda təhsil alırmış.
Praktika müddətində olan tələbə gecələr klubda ofisiant işləyib.
Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva, aprelin 9-da Gülbala Abdullayev vəfat edib. Bu gün isə Ayxan Fətullazadə dünyasını dəyişib.