Xəbər lenti

“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 21 il ötür
Ölkə12:07 25.12.2021

“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 21 il ötür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 21 il ötür.
Qaynarinfo xəbər verir ki, ATV telekanalı 25 dekabr 2000-ci il tarixində özəl televiziya kanalı olaraq fəaliyyətə başlayıb.
"Azad Azərbaycan Teleradio Yayım Şirkəti” 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlayıb. İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi. Lakin 2002-ci ildən "Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb. 31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı, rus dilində də verilişlər də yayımlayırdı. Sonradan Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçib. 2011-ci ildə telekanalda əsaslı dəyişikliklər başlayıb. Telekanalın rəhbərliyi dəyişdi. Həmçinin kanalın 10 ildən çox müddəti olan loqotipi də 10 may 2011-ci il tarixində dəyişdirilib. Verilişlərin məzmunu, keyfiyyəti yaxşılaşıb. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırılıb. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil etməyə başlayıb. 
4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın "NTV Plus” kabel televiziyasında yayımlanır.
2022-ci il yanvarın 28-dan etibarən "Azerspace-1” peykində HD formatlı yayıma başlayacağı gözlənilir.
Qaynarinfo-nun kollektivi "Azad Azərbaycan” telekanalını təbrik edir, kollektivə işlərində daha böyük nailiyyətlər arzulayır.