Dünya 12:07 03.10.2022

Azad edilən Liman şəhərində sağ qalan ruslar Şçastyeyə qaçdılar (VİDEO)

Luqansk Vilayət Hərbi Administrasiyasının (OVA) rəhbəri Sergey Qayday deyib ki, işğaldan azad olunma zamanı rus işğalçıları Donetsk vilayətinin Liman şəhərindən Luqansk vilayətinin Şçastye şəhərinə qaçıblar.

Qaynarinfo xəbər verir ki, bu haqda Sergey Qayday "Telegram"da məlumat yayıb.

"Hər gün yaralı ruslar Starobelskin tibb müəssisələrinə gəlirlər, hətta xəstəxanalardan birinin yaxınlığında nəzarət-buraxılış məntəqəsi də qurublar.

Limanda sağ qalanlardan bəziləri bir az şanslı olub - onlar bir az daha uzağa – Şçastyeyə qaçmağı bacarıblar.
Sentyabrın 30-da bu şəhərin ərazisində Rusiya qoşunlarının 2-ci Ordu Korpusunun 200-dən çox hərbçisinin olduğu mülki avtomobil və mikroavtobus karvanı aşkar edilib.

Qaydayın sözlərinə görə, işğalçılar Ukrayna Silahlı Qüvvələrinin guya onlara "Kremennayada müdafiə xətti yaratmağa” mane olmasından şikayətlənirlər.

Bu arada Luqansk Vilayət Hərbi Administrasiyasının rəhbəri bildirib ki, oktyabrın 2-də Ukrayna Müdafiə Qüvvələrinə məxsus təyyarə 7 zərbə endirib.

Komanda məntəqəsinin, beş silah və hərbi texnikanın cəmləşdiyi yerin, həmçinin düşmənin zenit-raket kompleksinin məhv edildiyi təsdiqlənib.

Bundan əlavə, Ukrayna hava hücumundan müdafiə bölmələri bir Ka-52 helikopterini, bir Su-25 hücum təyyarəsini və səkkiz pilotsuz uçuş aparatını (PUA) vurub.

Son 24 saat ərzində Ukraynanın raket qoşunları və artilleriyası, o cümlədən, 2 komanda məntəqəsi, canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 14 ərazi, döyüş sursatı və yanacaq-sürtkü materialları olan 3 anbar, eləcə də düşmənin 8 digər mühüm hədəfini vurub.
Zaytsevo, Baxmutsk, Baxmut, Otradovka, Vıyemka, Spornoe, Nevelsk və Pervomaysk yaşayış məntəqələri ərazilərində düşmənin hücumları dəf edilib.

Alpər