İşğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər yenidən həyata qovuşur, məktəblərdə və uşaq bağçalarında uşaqların gülüş səsləri eşidilir.
Qaynarinfo xəbər verir ki, bu sözləri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransda söyləyib.
O bildirib ki, yeni tikilmiş müasir yaşayış komplekslərində isə keçmiş qaçqın və məcburi köçkünlər dövlət rəhbərliyi tərəfindən onlara hədiyyə edilmiş mənzillərdə yeni həyat qururlar.
"Bu gün işğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır. Onların yarıdan çoxunu keçmiş qaçqın və məcburi köçkünlər təşkil edir. Bu günə qədər Şuşada yerli və milli əhəmiyyətli təxminən 30 abidə bərpa olunub", - deyə A.Kərimov vurğulayıb.
Şərhlər