Xəbər lenti

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı
Ölkə13:27 07.06.2021

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan Qaynarinfo-ya verilən məlumata görə, mayın 31-dən iyunun 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 224, tank əleyhinə 36 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 1 590 892 m² (159 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.