Xəbər lenti

Azad olunan torpaqlarda
Ekonomiks 12:41 28.06.2021

Azad olunan torpaqlarda "ağıllı kənd", "ağıllı şəhər" qururuqsa... - İqtisadçı

"Ağdam və Zəngilanda ətraf rayonların da tələbatını ödəyəcək 2 emal müəsissisəsi qurmaq mümkündür".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun fikrincə, yenidən qurulan ərazilərimizdə "ağıllı kənd"lərin və "ağıl şəhər"lərin salınacağı yerlərdə məişət tullantıları açıq havaya, təbiətə atılmamalıdır:

"Balaxanıda pis-yaxşı qurdular, bununla da Bakının bir xeyli problemi həll edilib. Bölgələrdə isə məişət tullantıları zavodu yoxdur. Ona görə də məişət tullantıları hamısı havaya, təbiətə, ekologiyaya atılır. Yəni "ağıllı kənd", "ağıllı şəhər" qururuqsa, heç olmasa zibili küçəyə atmayaq". 
 
 

Rövşən Ağayev hesab edir ki, makisimum 400-500 mln. dollar sərmayə ilə bu problemi həll etmək mümkündür:

"Emal nəticəsində əldə olunan məhsullar (elektrik enerjisi, gübrə) qısa müddətdə sərmayənin qayıdışını da təmin edəcək".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->