Xəbər lenti

Azad Rəhimovun Londonda yaşayan menecer oğlu - FOTOLAR
Ölkə 09:34 29.04.2015

Azad Rəhimovun Londonda yaşayan menecer oğlu - FOTOLAR

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. Qaynar.info-nun məlumatına görə, budəfəki təqdimat Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov barəsindədir.

Arif Rəhimov gənclər və idman naziri Azad Rəhimovun yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Azad Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib.

2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir.

Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır.

Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Xarici mətbuata verdiyi müsahibəsində “Baku Grand Prix” şirkətinin rəhbəri Arif Rəhimov “Qran Pri” yarışının Bakıda ən yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirib. Bununla da Azərbaycan postsovet məkanında Rusiyadan sonra “Formula 1” yarışına evsahibliyi edəcək ikinci ölkə olacaq. 

Bakıda keçiriləcək "Formula-1" mərhələsi üçün yolların layihəsi də artıq hazırlanıb. 6 kilometr uzunluğunda tras 20 döngədən ibarət olacaq. "Baku Grand Prix" şirkətinin sifarişi ilə hazırlanmış layihədə tras 340 km/saat sürət üçün nəzərdə tutulub. 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->