Xəbər lenti

Azadlığa buraxılan azərbaycanlı fəal bir gün sonra həbs edildi
Ölkə10:16 05.01.2019

Azadlığa buraxılan azərbaycanlı fəal bir gün sonra həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı milli-mədəni fəal Səhənd Məali azadlığa buraxıldıqdan bir gün sonra Sarabda yenidən saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Günaz TV" məlumat yayıb.
O təhlükəsizlik qüvvələri tərəfindən yanvarın 3-də yaxalanıb, onun hansı səbəbdən saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.
Səhənd daha 3 milli-mədəni fəal Vəhid Nurməhəmmədi, Heydər Müzəyyəni və Məhəmməd Rəncbərlə birlikdə 2018-ci il dekabrın 31-də Sarab şəhərində saxlanmışdır. Onlar Sarab Məhkəməsinin qərarı ilə mülki vəsiqə qarşılığında çərşənbə günü sərbəst buraxılıb.
Xatırladaq ki, "Sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd görtərmək” kimi qondarma ittihamla üzləşən Səhənd Məali 30 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilmişdir.
Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.