Xəbər lenti

Azadlığa buraxılan Gülər Əhmədovanın vəkili danışdı - Şok qərar
Ölkə13:57 05.05.2014

Azadlığa buraxılan Gülər Əhmədovanın vəkili danışdı - Şok qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Gülər Əhmədova barəsində bəraət hökmü çıxarılması üçün çalışacağıq”. 

APA-nın məlumatına görə,  bunu jurnalistlərə açıqlamasında sabiq deputat, bu gün məhkəmə zalından azadlığa buraxılan Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bildirib.

 Vəkil deyib ki, Ali Məhkəmədə kassasiya şikayətləri təmin olunmasa, bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər: “Bundan sonra atılacaq  addımlarla bağlı Gülər Əhmədova ilə məsləhətləşəcəyik. Hələlik o bizə bununla bağlı bir söz deməyib. Gülər Əhmədova nə qərara versə, onu icra edəcəyik”. 

Qaynar.info