Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxmış keçmiş siyasi məhbuslar artıq ailələrinə qovuşublar.
Musavat.com xəbər verir ki, "Nida" vətəndaş hərəkatının İHüzvlərindən olan Rəşadət Axundov, Rəşad Həsənov və Ömər Məmmədov 3 ildənsonra görüşə biliblər. Onlar Musavat.com-un reportyoru ilə azadlıqdakıduyğularını bölüşüblər:
Rəşadət Axundov: "Mən əfv sərəncamı ilə azadlığa çıxmağı2014-cü ildə gözləyirdim. Dünən azadlığa buraxılmağımız bizə sürprizoldu. Biz azadlığa çıxdıq. Amma geridə dostlarımız qalıb. Onların daazadlığa çıxmasını istəyirik".
Rəşad Həsənov: "Həbsdə olduğum müddətdə ən çox həsrətçəkdiyim şəxs Rəşadət idi. Onunla sonuncu dəfə 2013-cü ildə görüşmüşdük.Bu müddət ərzində çox ciddi dəyişiklik hiss etmirəm. Hazırda azadlığaçıxmağımın həyəcanını yaşayıram".
Ömər Məmmədov: "Əsas məsələ təhsilimi davam etdirməyimdir.Ömər üçün bir şey dəyişməyib. Əvvəl də "Nida"nın üzvü idim. İndi də"Nida"dayam. Düşüncəmdə bir şey dəyişməyib. Bundan sonra da Azərbaycanüçün, ölkəmizin daha da yaxşı günlərə çıxması üçün çalışacağam".
Məhəmməd Türkmən






Qaynar.info