
“Azadlıq” qəzetinin bank hesabı üzərindən həbs götürülüb.
Məlumatı “Media forum” saytına qəzetin redaktoru Rövşən Hacıbəyli verib.
“Azadlıq”ın bank hesabına həbs Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun məhkəmə iddiası əsasında qəzetə kəsilmiş cərimənin tutulması üçün qoyulub. Yasamal Rayon Məhkəməsi qəzeti 2012-ci ilin aprel ayının 8-də “Azadlıq”da dərc olunmuş “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” yazısına görə 30 min manat cərimələyib.