Xəbər lenti

AZAL Bakı–Kazan reysinin təhlükə ilə üzləşməsi barədə məlumata münasibət bildirdi
Ölkə22:02 03.01.2025

AZAL Bakı–Kazan reysinin təhlükə ilə üzləşməsi barədə məlumata münasibət bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın bəzi media resurslarında 2025-ci il yanvarın 1-də "Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində guya təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb.

Bu barədə Qaynarinfo-ya "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.