Xəbər lenti

AZAL-da bilet biabırçılığı: bir ay əvvəl bilet aldı, amma... (FOTO)
Ölkə11:54 30.07.2017

AZAL-da bilet biabırçılığı: bir ay əvvəl bilet aldı, amma... (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir ay bundan əvvəl bilet almış Azərbaycan vətəndaşı AZAL-ın təyyarəsinə minə bilməyib.

"Qaynarinfo" xəbər verir ki, bu barədə jurnalist İlkin Muradlı "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, Türkiyəyə getmək üçün bilet alan qohumuna təyyarədə yer olmadığını bildiriblər: 

"Yalnız Azərbaycanda ola bilər. Qohumlarımız Türkiyəyə getmək üçün AZAL-dan 1 ay əvvəl bilet alıb. Bu gün hava limanına gedəndə deyiblər ki, təyyarədə yer yoxdur. Gör bunlar necə axmaq, necə görməmiş, pul hərisidir. Belə bir ölkədə yaşadığımız üçün adam utanır..."

Qaynarinfo.Az