Xəbər lenti

AZAL-dan biznes-klassa bilet aldı, başına bu iş gəldi - FOTOFAKT
Ölkə14:40 05.09.2015

AZAL-dan biznes-klassa bilet aldı, başına bu iş gəldi - FOTOFAKT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dubayda yaşayan Azərbaycan vətəndaşı Afaq Bağırova AZAL-dan şikayətçidir. A.Bağırova virtualaz.org saytına müraciətində bildirir ki, o, anası üçün biznes-klass kateqoriyalı aviabilet alıb, lakin qadın ekonom-premiumla uçmalı olub.
Şikayətçinin sözlərinə görə, sentyabrın 1-də Bakı-Pekin, Pekin-Tokio, Tokio-Bakı reysləri üçün aviabilet almağa 3150 manat xərcləyib. Lakin həmin biletin sahibi olan sərnişini biznes-klass salon əvəzinə ekonom-premium sinfindən olan salonda əyləşdiriblər.
Bundan hiddətlənən A.Bəşirova AZAL-ın daimi müştərisi olduğunu və özünün həmişə biznes-klass salonda uçduğunu, aviaşirkətin ona kələk gəldiyini bildirir.
Virtualaz.org saytı bu məsələyə aydınlıq gətirmək üçün AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskiyə müraciət edib.
Xidmət rəhbəri faktı təsdiqləsə də bildirdi ki, sərnişinin təyyarənin salonunda səhv yerləşdirilməsində AZAL günahkar deyil, çünki bilet başqa şirkətdən alınıb.
Qaynar.info