Xəbər lenti

AZAL Rusiyadan təyyarə alır
Ölkə05:59 08.06.2016

AZAL Rusiyadan təyyarə alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın lizinq şirkəti "İlyuşin finans" bu gün Azərbaycanın "AZAL" hava yolları ilə MC-21 təyyarələrinin satışı haqda müqavilə imzalamağa hazırlaşır. 

ANS PRESS-in TASS-a istinadən verdiyi məlumata görə, müqavilə 10 təyyarənin satılmasını nəzərdə tutacaq. Təyyarələrin nə zaman çatdırılacağı isə hələlik naməlumdur. 

İyunun 8-də AZAL-la müqavilənin imzalanağı haqda məlumatı "İlyuşin finans" şirkətinin baş direktoru Aleksandr Rubtsovda təsdiq edib. O, bu müqavilənin planlar haqda olacağını qeyd etsədə satılacaq təyyarələrin sayını şərh etməyib.

МС-21 (XXI əsrin Maqistral təyyarəsi) "İrkut" şirkəti tərəfindən tərtib olunur və yığılır. Hazırda təyyarənin yalnız bir nüsxəsi hazırdır və o rəsmi mərasimdə ictimaiyyətə təqdim olunub. Təyyarənin ilk satışları 2018-ci ilin sonunda nəzərdə tutulub ("Aeroflotla" müqavilə çərçivəsində).

Qaynarinfo.az