Xəbər lenti

AZAL sərnişinlərə xəbərdarlıq etdi
Ölkə12:12 04.07.2016

AZAL sərnişinlərə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yay tətil mövsümünün başlanması və Heydər Əliyev Beynəlxalq Hava Limanında yüklənmənin artması, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan uçan sərnişinlərə aviabiletdə göstərilən uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyə edir.

AZAL-ın mətbuat xidmətindən Qaynarinfo.az-a verilən məlumata görə, bundan başqa, Türkiyəyə giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 90 gün ərzində etibarlı olmalıdır. Türkiyədə qalmaq üçün viza olduğu halda, pasport vizanın müddəti başa çatdıqdan sonra 60 gün ərzində etibarlı olmalıdır.

Əlavə sual yaranarsa, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaq:

(+99412) 598-88-80 və ya *8880, və yaxud da [email protected] e-mailinə yazmağınız xahiş olunur.

Qaynarinfo.az