
"Neftçi"nin rumıniyalı hücumçusu Ketelin Tsıre barədə qərar çıxarılıb.
Qaynarinfo.Az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi bu qərarı verib:
Dünən Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında matçında meydançaya azarkeş daxil olmuş və oyunda fasilə yaranmasına səbəb olmuşdur. “Neftçi” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub (maddə 50).
Oyunun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Ketelin Tsıre dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub (maddə 39).
Futbolçu haqda "Neftçi" də qərar qəbul edib. Belə ki, 22 yaşlı hücumçu komandanın məşqlərindən kənarlaşdırılıb. "Neftçi” PFK-nın rəhbərliyi və məşqçilər heyəti indiyədək çempionatda 1 qol vurmiş futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcəyini qeyd edib.
Qaynarinfo.Az