Xəbər lenti

AZCON-un yeni icraçı direktoru kimdir? (DOSYE)
Ölkə 16:41 03.03.2025

AZCON-un yeni icraçı direktoru kimdir? (DOSYE)

Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

Qaynarinfo yeni təyin edilən icraçı direktorun tərcümeyi-halını təqdim edir.

Şahin Babayev 1988-ci ildə anadan olub. 2006-2010-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında, 2012-2021-ci ildə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində çalışıb. 2023-cü ildə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.

O, 2024-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışır.

Ailəlidir, rus və ingilis dillərini bilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->