
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini AzərAyxanın mayın 20-də “Media forum” saytına açıqlamasında Daxili İşlərNazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaqşöbəsinin rəis müavini Canpolad Daanova istinadən dediyi sözlərziddiyyətlərə səbəb olub.
Azər Ayxan mayın 12-də və 13-də üç açıqmobil telefon nömrəsindən (050 648-02-02; 051 540-32-32; 055 872-73-56)zəng edən şəxslərin təhqir və təhdidinə məruz qalıb. Bununla bağlı o,dərhal prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubovamüraciət edib. “Yeni Müsavat”ın rəhbərliyi hesab edir ki, təhqir vətəhdidlər qəzetin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevhaqda dərc etdiyi tənqidi yazılarla bağlıdır. Mayın 15-də Azər AyxanDaxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizəİdarəsinə dəvət olunub. İdarədə jurnalistin ifadəsi alınıb, həmçininonun mobil telefonuna baxış keçirilib, lazımi telefon nömrələri vəismarışlar götürülüb.
Mayın 20-də Azər Ayxan “Media forum”a deyibki, onu və qəzetin kollektivini təhqir və təhdid edən şəxslərin kimliyimüəyyənləşdirilib. Azər Ayxan açıqlamasında qeyd edib ki, bunu ona BaşMütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin rəismüavini Canpolad Daanov bildirib.
Daxili İşlər Nazirliyi mətbuatxidmətinin şöbə rəisi Orxan Mansurzadə isə mayın 21-də “Media forum”adeyib ki, Azər Ayxanın Canpolad Daanova istinad edərək, onu və qəzetinəməkdaşlarını təhqir edən və hədələyən şəxslərin kimliyininmüəyyənləşməsi barədə dedikləri həqiqətdən uzaqdır: “Canpolad DaanovAzər Ayxana belə deməyib. Hazırda iş üzrə istintaq orqanlarında həminşəxslərin müəyyənləşməsi istiqamətində zəruri olan istintaq hərəkətləri,əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Məsələ ilə bağlıAzər Ayxan “Media forum” saytına növbəti açıqlamasını verib. “YeniMüsavat”ın baş redaktorunun birinci müavini bildirib ki, mayın 21-dəsəhər saatlarında Canpolad Daanov onun mobil telefonuna zəng edib. Rəismüavini onun adından getmiş bəzi fikirlərə etiraz edib. Canpolad Daanovbildirib ki, o, “zəng edən şəxslərin kimliyi müəyyənləşdirilib” fikrinisöyləməyib.
Azər Ayxan “Media forum”a bildirib ki, hətta Daanovbelə deməsə də, bu, ortada olan vəziyyəti yaxşıya dəyişmir: “Guya zəngedənlərin kimliklərinin müəyyən edilməməsi yaxşı əlamətdir ki? Mənə üçaçıq nömrədən həm zəng gəlib, həm də mesaj yazılıb. Zəng və mesajmüəllifləri məni ölümlə hədələyib, həmçinin ünvanıma olmazın təhqiramizsözlər yazıblar. Hər şeyin bu qədər açıq-aydın olduğu haldagünahkarların tapılıb məsuliyyətə cəlb olunmasına nə mane olur?! Polisüçün bu telefon terrorçularını tapmaq bu qədərmi çətindir? Məni hansısasözü təhrif etməkdə günahlandırmaqdansa yaxşı olardı ki, üzərlərinədüşən işi görsünlər. Yoxsa biz bu məsələnin Daxili İşlər Nazirliyivasitəsilə ört-basdır edildiyi haqda şübhələrə düşə bilərik”.
AzərAyxanın sözlərinə görə, böyük ehtimalla ona təhdid zəngləri edən vətəhqiramiz mesaj yazan şəxslərin kimliyi hüquq mühafizə orqanlarınabəllidir: “Yəqin həqiqətin ortaya çıxması hakimiyyətə sərf etmədiyi üçünişi ləngidirlər. Daxili İşlər Nazirliyinin bu təkzibindən sonra birdaha əmin oldum ki, telefon terrorçularına zəng etmək göstərişini GəncəŞəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, yaxud onun yaxın ətrafıverib. Buna görə də hüquq mühafizə orqanları bu biabırçılığın aşkaraçıxmaması üçün var gücü ilə çalışır. Ortada ipucu var. Elmar Vəliyevinköməkçisi 050 648-02-02 nömrəsinin sahibi ilə danışıb. Polis bununlabağlı köməkçinin ifadəsini alıbmı? Böyük ehtimalla yox! Özünü “Kəlbəcərqaçqını” kimi təqdim edən adamı tapıb ifadəsini almaq üçün lazımiaddımlar atılıbmı? Qətiyyən! Həmçinin mayın 14-də mənə Gəncədən“zəhmətkeş teleqramı” vuran adamın kimliyi haqda polis araşdırmaaparıbmı? İnanmıram! Bu hüquqi prosedurların heç biri edilmədiyi haldahansı haqla “Azər Ayxan düz danışmır” deyib hay-küy salırlar?! Bu,sadəcə diqqəti əsas hədəfdən yayındırmaqdan başqa bir şey deyil. Guyabunlar işləyir, biz isə mane oluruq...”
Azər Ayxan qeyd edib ki,ona qarşı baş vermiş mənəvi-psixoloji terrorun sifarişçilərinin vəicraçılarının tapılaraq qanunla cəzalandırılması üçün yenidən prezidentİlham Əliyevə müraciət etməyi planlaşdırır: “Mən həmçinintəhlükəsizliyimin təmin olunması məqsədilə yenidən daxili işlər naziriRamil Usubova rəsmi məktubla müraciət edəcəm. Çünki ortada cəzasızlıqnümunəsi var. Bu cəzasızlıqdan ruhlanan bəzi dairələr mənə qarşı fizikixətərdən tutmuş, qətlimə qədər gedərlər”.
Azər Ayxan vurğulayıbki, onunla bağlı indən sonra baş verəcək istənilən xoşagəlməz hadisəyəgörə siyasi hakimiyyət və hüquq mühafizə orqanlarının rəhbərləriməsuliyyət daşıyır.
Qaynar.info