Xəbər lenti

Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub (YENİLƏNİB)
Ölkə15:51 02.01.2025

Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
ATU-nun Mətbuat katibi Günel Aslanova APA-ya deyib ki, bir müddət öncə Azər Baxşəliyevin ürək fəaliyyəti dayanıb:
"Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır".
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.
15.51
Aktyor Azər Baxşəliyev vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə aparıcı Fərid Rzayev paylaşım edib.
Aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
A.Baxşəliyev daha çox "Ağsaqqal" obrazı ilə sevilib.