Yanvarın 5-də vəfat edən aktyor Azər Baxşəliyev ötən ilin fevral ayının 20-də Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb.
Modern.az-ın məlumatına görə, bu barədə qurumdan məlumat verilib.
Məlumatda deyilir ki, həmin ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. Xəstəxana sənədləri Mərkəzə oktyabrın 16-da daxil olub və müvafiq sənədlər oktyabrın 31-də Etika Komissiyasına göndərilib.
"Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”, - açıqlamada deyilir.
Xatırladaq ki, Azər Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi. O, yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. 4 gün sonra vəfat edib.
Aktyorun dostu aparıcı İlkin Həsəni Azər Baxşəliyevə orqan transplantasiyası ilə bağlı sonda imtina cavabı verildiyini bildirib.
Şərhlər