Xəbər lenti

Azər Qərib Bakı-2015 Avropa Oyunlarının ulduz səfiri oldu
Ölkə16:59 22.01.2015

Azər Qərib Bakı-2015 Avropa Oyunlarının ulduz səfiri oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dostlarımla böyük fəxr hissi ilə bu ilin yay ayında Azərbaycanda keçiriləcək Avropa Oyunlarında ulduz səfiri olmaq şərəfinə nail olmağım barədə xəbəri bölüşmək istəyirəm.

Qaynar.info Oxu.Az-a istinadən xəbər verir ki, məşhur telejurnalist, Az.Ru.TV-nin rəhbəri Azər Qərib bu barədə öz Facebook səhifəsində yazıb.

A.Qərib qeyd edib ki, özündə üzgüçülüyü, velosiped yarışını və şossedə qaçışı birləşdirən olimpiya oyun növü - triatlonu təmsil edəcək.

“Avropa Oyunlarının ulduz səfirinin vəzifəsi təmsil etdikləri idman növlərini uşaqlar və məktəblilər arasında təbliğ etmək, izah etmək və təqdimat funksiyasından ibarətdir.

Triatlon üzrə yarışlar Amburan-da keçiriləcək, orada tamaşaçılar üçün lazımi şərait yaradılacaq və mən artıq indidən sizi öz yığmamıza azarkeşlik etməyə çağırıram”, - A.Qərib yazıb.

Qaynar.info