Xəbər lenti

“Azəravtoyol” ASC İcra Hakimiyyətini günahlandırdı
Ölkə09:48 30.10.2016

“Azəravtoyol” ASC İcra Hakimiyyətini günahlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün əvvəl Nərimanov rayonu Ziya Bünyadov prospektində, “Çermet” körpüsünün yan tərəfində yaşıllıq ərazinin dəmir konstruksiyalarla hasarlanması barədə məlumat vermşdik. "Bakıda yaşıllıqlara qarşı "soyqırımı" davam edir: Bu dəfə Nərimanovda" başlıqlı yazıda yaşıllıqların hədəfə alındığı bildirilirdi.
Görüntüləri yaymaqda məqsədimiz aidiyyatı qurumların - Nərimanov İcra Hakimiyyəti və “Azəravtoyol” ASC-nin diqqətini məsələyə yönəltmək idi. Artıq “Azəravtoyol” məsələyə münasibət bildirib.
ASC--dən redaksiyamızın ünvanına daxil olan elektron məktubda bu ərazidə “Azəravtoyol” tərəfindən heç bir işin aparılmadağı bildirilir: "Sizin, 28 Oktyabr 2016 tarixli Yaşıllıqlara qarşı "soyqırım" - başlıqlı yazınıza cavab olaraq bildirmək istəyirik ki, sözügedən ərazidə “Azəravtoyol” ASC tərəfindən hər-hansı bir iş aparılmır və yol kənarıdakı yaşıllıqlara cavabdeh rayon İcra Hakimiyyətidir. Bu yazı “Azəravtoyol” ASC ilə dəqiqləşdirilmədən yazılıb və cəmiyyətin adı məsələyə aid olmasa da hallandırılıb".
Qaynarinfo.Az