Xəbər lenti

"Azəravtoyol" qarlı hava şəraitinə hazırdırmı? (AÇIQLAMA)
Ölkə07:25 16.01.2019

"Azəravtoyol" qarlı hava şəraitinə hazırdırmı? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Payız-qış mövsümü ilə bağlı oktyabrın 1-dən tədbirlərimizi görmüşük. Qış mövsümü ilə əlaqədar texnikalar hazır vəziyyətə gətirilib, qum-duz ehtiyatı toplanılıb, işçilərin isti geyimlə təmin oluması üçün işlər aparılıb".
Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətini rəhbəri Anar Niftəliyev məlumat verib. O, bildirib ki, hazırda Bakıda olmasa da rayonlarda, dağlıq ərazilərdə qarlı hava, yolların buzlaması halları müşahidə olunur və əməkdaşlarımız dərhal həmin ərazilərə göndərilir:
"Bakıda 300-ə yaxın, regionlarda isə 700-ə yaxın texnika hazır vəziyyətə gətirilib. Xüsusi riskli ərazilər qabaqcadan nəzarətə götürülüb. Hər hansısa problem yaşansa, dərhal aradan qaldırılacaq. Bu ilk dəfə biz Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə tədbirlər planı hazırlamışıq. Paytaxtın bütün yol və küçələrinə BŞİH, şəhərətrafı yollara və əsas prospektlərə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzarət edəcək. Təbii ki, hər hansısa problem yaşandıqda bir-birimizə qarşılıqlı köməklik göstərəcəyik".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün axşam saatlarından hava şəraitinin dəyişəcəyi və temperaturun 10 dərəcə aşağı düşəcəyi ilə bağlı xəbərdarlıq edib.
Çingiz Səfərli