Xəbər lenti

Azərbaycan 8 helikopter aldı
Ölkə11:20 25.11.2014

Azərbaycan 8 helikopter aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın “AgustaWestland” şirkəti Azərbaycanın sifariş verdiyi AW-139 və AW-189 markalı helikopterlərin ölkəyə çatdırılması prosesini yekunlaşdırıb. 
Bu barədə APA-ya “AgustaWestland” şirkətindən məlumat verilib.
Müqavilə çərçivəsində Azərbaycan 8 ədəd AW-139, 2 ədəd AW-189 tipli helikopter alıb. Müqavilənin dəyəri 115 milyon avro təşkil edib.
Helikopterlər hər cür hava şəraitində fəaliyyət göstərə bilir. Axtarış-xilasetmə (SAR) missiyaları üçün nəzərdə tutulan helikopterlər pis hava şəraitində və gecə vaxtı uçuş-axtarış imkanları verən gecəgörmə sistemi və FLİR kamerayla təchiz olunub. 
Qaynar.info