Xəbər lenti

Azərbaycan Antikorrupsiya Akademiyasının təqdimatı oldu
Ölkə09:17 15.05.2016

Azərbaycan Antikorrupsiya Akademiyasının təqdimatı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) təqdimatı və ilk mühazirəsi təşkil olunub. Qaynarinfo.az xəbər verir ki, təqdimatda korrupsiyaya qarşı mübarizə mövzusuna maraq göstərən çox sayda tələbə və gənclər iştirak etmişdir.
AZAKA korrupsiyanın qarşısının alınmasında təhsilin rolu və  imkanlarını daha geniş tətbiq etmək üçün Mərkəzi qərargahı Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu olmuş, hal-hazırda orada təhsil alan və həmin Akademiyanın idarəçilik orqanlarında təmsil olunan Azərbaycan vətəndaşları tərəfindən yaradılmış ictimai təşəbbüsdür. 
Məqsəd korrupsiya qarşı mübarizə üzrə ictimai məlumatlandırmanı artırmaq, bu sahəyə marağı olan şəxslərin biliklərinin artırılması üçün imkanlar təmin etmək, peşəkar müzakirə və araşdırmalar üçün platforma yaratmaq və sağlam antikorrupsiya mühitinin formalaşdırılmasına töhfə verməkdir. 
AZAKA-nın təhsil-tədris proqramları ictimai mühazirələr, qısa və uzun müddətli təlim proqramları, silsilə seminarlar və iştirakçıların tələb və ehtiyaclarına uyğunlaşdırılmış xüsusi proqramlar olmaqla korrupsiyaya qarşı mübarizənin bütün istiqamətlərini əhatə edəcəkdir.
AZAKA eyni zamanda korrupsiyaya qarşı mübarizə üzrə araşdırmaların və təkliflərin hazırlanmasını həyata keçirəcək və bu sahədə ixtisaslaşan beynəlxalq qurumlar və analitik mərkəzlərlə sıx əməkdaşlıq edəcəkdir.  
Akademiyanın mütəmadi əsasda təşkil edəcəyi mühazirələrində ölkəmizin tanınmış ictimai xadimləri iştirak edəcək və korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə dair maraqlı fikir mübadiləsi aparılacaqdır. AZAKA təşəbbüs qrupu bütün maraqlı şəxsləri öz tədbirlərində iştiraka dəvət edir. 
Məlumat üçün bildirək ki, Akademiyanın tezliklə www.academy.az internet səhifəsi istifadəyə veriləcəkdir.
Qaynarinfo.az