Xəbər lenti

Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək
Ölkə15:43 24.04.2018

Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emaı Zavodunun modernləşdirilməsinin başa çatmasından sonra "Avro-5” standartlı benizinin ixracına başlayacaq.
Qaynarinfo-nun məlumatına görə, bu barədə SOCAR-ın nümayəndəsi deyib.
O qeyd edib ki, benzin istehsalının həcmi 2,2 milyon ton təşkil edəcək:
"Ümumilikdə, modernləşdirmə başa çatdıqdan sonra dizel yanacağının istehsalı 2,9 milyon ton və ya ümumi istehsal gücünün 39 faizi, benzin istehsalı 2,2 milyon ton və ya 29 faiz, o cümlədən Aİ-92 – 16 faiz və Aİ-95 – 13 faiz təşkil edəcək. "Azərikimya” İB üçün xammal istehsalı 6 faiz, bitum və koks istehsalı 5 faiz, mayeləşdirilmiş karbohidrogen qazının istehsalı 1 faiz təşkil edəcək”.
O bildirib ki, daxili bazardan başqa, istehsal olunan məhsulların bir hissəsi ixraca gedəcək:
"İstehsal olunan benzinin 25, dizel yanacağının 40 və təyyarə yanacağının 40 faizinin ixrac edilməsi planlaşdırılır”.