Xəbər lenti

Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir
Ölkə12:46 03.08.2019

Azərbaycan Avropada gənclərin faizinin ən çox olduğu ölkədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Avropada 25-29 yaş arası insanların faizinin ən çox olduğu ölkədir.
Trend-in məlumatına görə, bu barədə "Eurostat”ın hesabatında deyilir.
Hesabata əsasən, Azərbaycan əhalisinin 9,4 faizi bu yaş qrupuna aiddir.
Gənc nəslin daha çox olduğu ölkələr arasında həmçinin Malta (8,4 faiz), Albaniya (8,2 faiz) və İslandiya (8 faiz) yer alıb.
25-29 yaşlı gənclərin ən aşağı faizi isə İspaniya və İtaliyada qeydə alınıb. Bu ölkələrdə gənc nəsil əhalinin 5,4 faizini təşkil edir.
Bundan başqa, Almaniyada əhalinin 6,4 faizi, Fransada 5,8 faizi, Böyük Britaniyada 6,9 faizi, Türkiyədə isə 7,7 faizi 25-29 yaş arası gənclərdir.