Xəbər lenti

Azərbaycan “Avroviziya -2021”in finalında
Ölkə04:56 19.05.2021

Azərbaycan “Avroviziya -2021”in finalında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niderlandın Rotterdam şəhərində "Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalında səsvermə keçirilib.
Qaynarinfo xəbər verir ki, səsvermənin nəticələrinə əsasən Azərbaycan final yarışmasına vəsiqə qazanıb.
Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynanın da iştirakçıları çıxış edəcək.
Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq "Mata Hari” mahnısını ifa edib.
Xatırladaq ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.