Xəbər lenti

Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırdı
Ölkə15:08 15.03.2019

Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırıb.
Qaynarinfo xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib.
İ.Əhmədov bildirib ki, bu, boru kəmərində planlı yoxlama və təmir işləri ilə əlaqədardır:
"Biz Bakı-Novorossiysk kəmərində mütəmadi yoxlama işləri aparırıq. Hər hansı bir nöqsan və ya risk aşkarlanarsa, zəruri təmir işləri görülür".
SOCAR nümayəndəsi qeyd edib ki, şirkətin ixrac öhdəliklərinin icrası üçün Bakı-Novorossiysk ilə tədarük olunan neft Bakı-Tbilisi-Ceyhan kəmərinə yönləndirilib:
"Şaxələndirilmiş boru kəməri sistemimiz sayəsində biz neftin müəyyən həcmini digər kəmərlərə yönləndirə bilirik ki, ixrac öhdəliklərimizi yerinə yetirək".