AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində keçirilən Türkiyə - Ermənistan matçında stadiona gələn azarkeşin üzərinə baxış keçirən zamanı Azərbaycan bayrağını görüb və dövlət rəmzimizi öpərək böyük ehtimanını göstərən polis mükafatlandırılıb.
Qaynarinfo-nun məlumatına görə, türkiyə polis məmuru Ramazan Şahin Türkiyə ilə Ermənistan arasında keçirilən oyunda Azərbaycan bayrağına göstərdiyi həssaslıq və hörmətə görə Düzce valisi Səlcuq Aslan tərəfindən müvəffəqiyyət sertifikatına layiq görülüb.