Xəbər lenti

Azərbaycan bu ölkəyə 10 ədəd zirehli transportyor satacaq
Ölkə15:43 29.09.2016

Azərbaycan bu ölkəyə 10 ədəd zirehli transportyor satacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 10 ədəd "Təkmilləşdirilmiş ZTR-70 maşını" Konqo Respublikasına ixrac ediləcək. 
Bu barədə APA-ya MSN-in "Aqreqat" İstehsalat Birliyi Bakı "Cihazqayırma" Zavodunun zirehli texnikanı təkmilləşdirmə sexinin rəisi Tələt Qədirov məlumat verib.
O bildirib ki, 10 ədəd zirehli transportyorun Konqo Respublikasına satılması müqavilə əsasında həyata keçiriləcək.
Qeyd edək ki, yüksək manevrli təkərli döyüş maşını olan "Təkmilləşdirilmiş ZTR-70 maşını" silahla təchiz olunub. 
Maşın uzun məsafə qət etmək, yüksək dinamik keyfiyyətlər və yüksək seçmə qabiliyyətinə malikdir.
Qaynarinfo.Az