Xəbər lenti

Azərbaycan bu məhsulun ixracına görə dünyada üçüncü yeri tutur
Ölkə16:18 11.12.2017

Azərbaycan bu məhsulun ixracına görə dünyada üçüncü yeri tutur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan fındıq ixracına görə dünyada üçüncü yeri tutur.
Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
Onun sözlərinə görə, artıq fındıq ixracından Azərbaycana əhəmiyyətli həcmdə valyuta daxil olub: "Hazırda Azərbaycanda 12 min hektar fındıq bağı salınıb. Gələn il bu göstəricini 40 min hektaradək çatdırmaq planlaşdırılır”.
Qeyd edək ki, Beynəlxalq Fındıq və Quru Meyvə Şurasının hesabatına əsasən bu il Azərbaycanda 45 min ton fındıq istehsal olunacaq ki, bu da 17 min ton meşə fındığı ləpəsinə bərabərdir.