Xəbər lenti

Azərbaycan çempionatında yumruq davası: 5 nəfər cəzalandı
Ölkə13:17 18.11.2014

Azərbaycan çempionatında yumruq davası: 5 nəfər cəzalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futzal üzrə Azərbaycan çempionatında dava düşüb. Qaynar.info xəbər verir ki, ölkə birinciliyinin birinci dəstəsində baş tutan “Çevik” - “Qədimqala” matçının 14-cü dəqiqəsində iki komandanın üzvləri dalaşıb.

AFFA İntizam Komitəsi “Çevik”dən Emin Rzayevi, Vüqar Sadıxovu, Vüqar Mehdiyevi, “Qədimqala”dan isə Fərid Quliyevi və Səbuhi Məmmədovu dava-dalaşda iştirak etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 5 oyunluq cəzalandırıb.

Qaynar.info