Xəbər lenti

Azərbaycan çempionu öldürüldü - Gəncədə atışma (FOTO)
Ölkə09:30 21.02.2016

Azərbaycan çempionu öldürüldü - Gəncədə atışma (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 20-də axşam saatlarında Gəncənin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında odlu silahdan qətl törədilib.
Qaynar.info APA-ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Elmir Cəlilov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
Artıq ölən şəxsin kimliyi müəyyənləşib. Bu, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovdur. Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev "Facebook"da yazıb. 
Qaynar.info