Xəbər lenti

Azərbaycan daha bir polisini itirdi: Bu dəfə qəzada
Ölkə15:45 13.07.2018

Azərbaycan daha bir polisini itirdi: Bu dəfə qəzada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qubada ağır yol qəzası baş verib.
"Qafqazinfo”nun məlumatına görə, Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi yaxınlığında Mercedess markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. 
Hadisə nəticəsində sürücü Talıbov Vüqar Nazim oğlu həlak olub, sərnişin Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Allahverdiyeva Aygün Əhliman qızı yaralı vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəyə "Hər iki bud sümüklərinin yerini dəyişən sınığı" diaqnozu qoyulub, vəziyyəti ağır olaraq qalır.
Həlak olan sürücü polis əməkdaşı olub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.