Xəbər lenti

“Azərbaycan Dəmir Yolları”ndan Korrupsiya İdarəsinə kütləvi ŞİKAYƏT
Ölkə09:55 14.02.2016

“Azərbaycan Dəmir Yolları”ndan Korrupsiya İdarəsinə kütləvi ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişini yerinə yetirən 34 nəfər pullarını ala bilmədiklərinə görə Azərbaycan Respublikasının Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə şikayət məktubu ünvanlayıb. Həmin məktubu sizə təqdim edirik: 
"Hörmətli Kamran müəllim!
Bütün Azərbaycan ictimaiyyətinə məlumdur ki, ölkə prezidenti cənab İlham Əliyevin başçılığı altında vətənimizdə böyük yenidənqurma və abadlıq işləri gedir və bu işlər daim planlı şəkildə davam etdirilir. Biz iş adamları da dövlət proqramına daxil olan bu işlərdə öz bilik və bacarığımızı əsirgəməyərək Azərbaycanın bir çox rayonlarında yenidənqurma və abadlıq işləri aparmışıq. Əfsuslar olsun ki, bəzi hallarda dövlətin rəsmi qurumları bizim və bizimlə bir yerdə çalışıb işləri yerinə yetirən əliqabarlı fəhlələrin əmək haqlarını, gördüyümüz işlərin  həcmi müqabilində bizə çatacaq pulları verməyib bizləri ağır maddi duruma salırlar. 
Bu təşkilatlardan biri də "Azərbaycan Dəmir Yolları” QSC-dir. Bu təşkilatın sədri Arif Əsgərov olan dövrlərdə bu ərizədə imza atan iş adamı, Əsgərov Cavanşirin işçi qrupu  150.000 (yüz əlli) man, İbadi Rahidin işçi qrupu 60.000 man (altmış min), Əhmədli Camal Qaçay oğlunun işçi qrupu 184.600 man (yüz səksən dörd min altı yüz), pulları bu günə qədər ala bilməmişik. Biz Ağstafa, Qazax, Gəncə, Göy-Göl, Goranboy, Ləki, Quba, Ucar, Nabran və s. rayonlarda öz ailələrimizdən, evimizdən ayrı düşərək həm dövlət proqramında iştirak etmişik, həm də ailələrimizə bir parça çörək qazanmaq istəmişik. Nəzərinizə çatdırmaq istəyirik ki, biz 10 ilə yaxındır ki, "Azərbaycan Dəmir Yolları” ASC-nin nəzdində olan Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin sifarişlərini həyata keçiririk, onlarla müvafiq əmək müqavilələri imzalamışıq, ancaq bizə imza atandan sonra məlum olub ki, müqavilələrin surətlərini qəsddən bizlərdən gizlədiblər. Biz işə başlayandan sonra gördüyümüz işlərin 20-30%-ni ödədilər, səbəbini soruşanda dedilər ki, departamentin sədri Çingiz Məmmədovun qərarı belədir.
Növbəti aylarda pullarınızı alacaqsınız. Lakin belə olmadı, elə aylar oldu ki, bizə ümumiyyətlə pul vermədilər. Bəzi araşdırmalardan sonra bizə məlum oldu ki, departament rəisi Çingiz Məmmədov vəzifə səlahiyyətlərini aşmaqda ad çıxarıb. Departamentin ştatında 300 (üç yüz) nəfərə yaxın ölü "can” vardır. Bu yolla o külli miqdarda mal-mülk  sahibi olmuşdur. Onların siyahısını sizə təqdim edirik.
Quba rayonu İ.Dağıstanlı küçəsində villa
Qubada restoran
Şabran rayonunda villa
Xaçmaz rayonunda d/y stansiyası yanında şadlıq sarayı
İsmayıllıda villa
Varovskidə əzəmətli villa - Koroğlü küçəsi
Bilgəhdə villa
Nabran rayonunda villa
Gəncə şəhəri Delavoy dvor adlanan Azərbaycan küçəsində yerləşən d/y balansında olub, sonradan Çingiz Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanın adına özəlləşən 1.2 ha ərazidə olan obyektlər. Hansı ki, hal-hazırda kirayədədir.
Mercedes GL-500 qara rəngli cip 90 AA 856, cip Lexus 5.7 qara rəng 90 AA 524 nömərli, cip Range Rover qara rəngli, cip BMW x5 ağ rəngli, cip Lexus qara rəngli.
Vaxtında pulların verilməməsi səbəbindən biz iş adamları məcbur olub banklardan evlərimizi və maşınlarımızı girov qoyub küllü miqdarda kredit götürək ki, işçilərimizin cüzi pul vəsaitlərini ödəyək. Lakin 1-ci və 2-ci dollar devalivasiyasından sonra banklara olan borcumuz 2 qat artmışdır. Sual oluna bilər ki, nəyə görə pullarınızı və şikayətinizi indiyə kimi tələb etməmisiniz? Dəfələrlə bizə söz verməklərinə baxmayaraq Çingiz Məmmədov himayədarlarına arxalanaraq pulların ödənilməsindən imtina etmişdir.
Yuxarıda qeyd olunan məbləğlərin bizə verilməyib mənimsənilməsinin drijoru departamentin  rəisi Çingiz Məmmədovdur. Baxmayaraq ki, ölkə prezidenti dəfələrlə qeyd etmişdir ki, sahibkarları incitməyin, onların haqlarını mənimsəməyin, bunu qadağan edirəm. Ancaq deyəsən Çingiz Məmmədov ölkə prezidenti cənab İlham Əliyevin tapşırıqlarına belə əhəmiyyət vermir. Bizim üçün əsas məsələ çəkdiyimiz zəhmətin haqqının ödənilməsidir.
Hörmətli Kamran müəllim!
Sizdən artıq dərəcədə xahiş edirik ki, qanun çərçivəsində bizim hüquqlarımızın bərpa olunub bizim alın təri ilə qazandığımız pulların alınıb bizə verilməsinə kömək edəsiniz. 
1. İmanov Nizami İman oğlu – (070) 252-22-77 
2. Xəlilov İsgəndər Maksim oğlu – (070) 769-59-09 
3. Əliyev Ədalət – (070) 623-15-15 
4. Xəlilov Səadət – (050) 210-23-69 
5. Xəlilov Maşallah – (055) 252-14-41 
6. Məmmədov Sirac Almaz oğlu 
7. Əhmədov Üzeyir Camal oğlu – (055) 742-10-66 
8. Kazımov Kazım Musa oğlu – (055) 506-80-83 
9. Kazımov Əvəz Həmid oğlu – (070) 608-26-27 
10. Yusubov Elyar İlyas oğlu briqadır – (055) 270 22 46 
11. Bayramov Müşfiq ibrahim oğlu 
12. Əsgərov Eldəniz Əli oğlu 
13. İsrailov Rəşad İsrail oğlu – (055) 665 89 34 
14. Yusubov Sənan Elyar oğlu 
15. Mahmudov Xəqani Valeh oğlu – (055) 288 34 81 
16. Məmmədov Mehman Müslüm oğlu – (070) 651 30 31 
17. İsgəndərov Xıdır – (070) 985 35 69 
18. Qarayev Adil 19. Mehdiyev Vaqif Qaytaran oğlu – (050) 357 07 93 
20. Atakişiyev Soltan Yaqub oğlu – (070) 744 87 72 
21. Osmanov Toyda Vəli oğlu – (070) 391 88 14 
22. Qacarov Halay – (051) 853 50 25 
23. Hüseynov Nurəddin Muxtar oğlu – (050) 300-24-09 
24. İlqar Məhəmməd oğlu 
25. Şəhriyar Famil oğlu 
26. Elvin İlham oğlu 
27. Azər Əli oğlu 
28. Mənsur Faxrədin oğlu 
29. Ruslan Faxradin oğlu 
30. Rövşən əliş oğlu 31. 
31 Saleh Aydın oğlu 
32. Fəqan Niyazi oğlu 
33. Rəşad Kamil oğlu 
34. Təbriz Əmirxan oğlu”. 
Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.(xalqxeber.az)
Qaynar.info