Xəbər lenti

Azərbaycan derbisində "Qarabağ" fərqi
İdman11:19 03.10.2022

Azərbaycan derbisində "Qarabağ" fərqi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ”la "Neftçi” arasında Azərbaycan derbisində rekord qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə PFL-in statistikasında açıqlanıb. Ölkə çempionatları tarixində ilk dəfə ardıcıl 5 oyunda eyni komanda qalib gəlib. Bu, Misli Premyer Liqasının VIII turunda rəsmiləşib. 3:1 hesablı qələbə qazanan "Qarabağ” ardıcıl 5-ci dəfə "Neftçi”ni xalsız qoyub.
Qurban Qurbanovun yetirmələri ötən mövsümün bütün görüşlərində qalib gəlmişdi – 2:1, 4:0, 2:1 və 4:1. "Ağ-qaralar” sonuncu dəfə 2021-ci il mayın 19-da 1:0 hesabı ilə qalib gəldikləri matçda xal əldə edib.
1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. "Qarabağ” 2016-cı ildəki qarşılaşmaları itkisiz keçirib. 2015/16 mövsümünün son iki duelində 2:0 və 2:1 hesabı ilə qələbə qazanan ağdamlılar seriyasını növbəti çempionatda da davam etdirib – 3:0, 2:0.
"Qarabağ”la "Neftçi” ölkə çempionatlarında 88 dəfə qarşılaşıb.
Səbuhi Həsənov