Xəbər lenti

Azərbaycan dili ilə bağlı şok tarixi kitab - FOTO
Ölkə11:31 12.04.2015

Azərbaycan dili ilə bağlı şok tarixi kitab - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Araşdırmaçı jurnalist Rizvan Hüseynov Azərbaycan tarixi ilə bağlı unikal bir kitabı üzə çıxarıb.
 
“Strateq.az” bildirir ki, 1890-cı ildə Peterburqda Albert Straçevskinin müəllifliyi ilə çap olunmuş “Bizim qonşular. Sərhədçilər üçün tərcümə vəsaiti” kitabında Rusiya ilə qonşu olan 12 müxtəlif xalqların danışdığı 12 dil göstərilib. Hər dil üzrə 2000 lazım olan söz onun rus dilində qarşılığı ilə verilib.
Kitabda 12 dil əks olunub: Bunlar Azərbaycan dili, qərbi-kürd dili, şərqi –kürd dili, Gilan dialekti, Mazandanan dialekti, əfqan, monqol, mancur,  Koreya  dili və bir neçə digər dilləridir.
Kitabda birinci olaraq Azərbaycan dili gəlir. Kitabı tərtib edən rus müəllif başlığa nə "tatar" nə də başqa söz deyil "Azərbaycan dili" yazıb. Bu nadir kitab erməni qonşularımızın tariximizlə bağlı təhriflərinə qarşı ciddi sübutdur. Çünki ermənilər və onlara züy tutan bəzi elmi dairələr 19-cu əsrdə “Azərbaycan dili” və “azərbaycanlı” anlayışının olmadığını iddia edərək bu adın guya 20-ci əsrin ortalarında formalaşdığını vurğulayırlar.
Rus jurnalisiti və Avropa, Şərq dillərinin mahir bilicisi olan  Albert Starkovski  Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Rus tarixi ilə bağlı bir sıra nadir əlyazmaların rus dilinə tərcüməsini edib. 1848-1853-cü illərdə Starçevski “Ensiklopedik sorğu lüğəti”ni redaktə edib.
Qaynar.info