Xəbər lenti

Azərbaycan dilində yeni sözlər - Viaqra, şürud, kvazidelikt – SİYAHI
Ölkə16:07 01.07.2015

Azərbaycan dilində yeni sözlər - Viaqra, şürud, kvazidelikt – SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil ediləcəyi gözlənilir. 
Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov Trend-ə belə deyib.
Dilçi-alim bildirib ki, onun özü tərəfindən indiyədək 1000-dən artıq yeni söz toplanıb:
“Əsasən, başqa dillərdən alınan bu sözlərin İnstitutun Elmi Şurasında müzakirə edildikdən sonra yeni lüğətə daxil edilərək çap edilməsi nəzərdə tutulur”.
İ.Məmmədov yeni sözlərin bəzilərini də açıqlayıb:
geriçağırılma, akkreditiv, gərdək qurma, audensiya, konfidant, kompromat, impiçment, viaqra, siyasi radar, siyasi landşaft, kortej, dinləmə, inauqurasiya, federis, kambio, kambist, kamerger, təxmis, müsəbbi, şürud, təəssüfnamə, təkbeyt, fəməl-yəməl, izoqlos, xoyratlar, kurfırst, sorfinq, sorfinqçi, notifikasiya, nostrifikasiya, kvazidelikt, kvazizufurukt, rezervit, rezervist, kannibal, kannibalizm, raskol, raskolçu, ratusia, reversiya, revukasiya, reqressat, psixotrop, psixoaktiv, penologiya, mini-poema, südücə, çağrı mərkəzi.
Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə nəşr edilib. Bu lüğətə 110 min 563 söz daxil edilib.
Qaynar.info