Xəbər lenti

Azərbaycan dünyanın ən güclü ordularının siyahısında: Neçənci yerdəyik?
Ölkə 09:16 28.10.2024

Azərbaycan dünyanın ən güclü ordularının siyahısında: Neçənci yerdəyik?

ABŞ nüfuzlu "U.S. News and World Report" media portal dünyanın ən güclü ordularının reytinqini tərtib edib.

Qaynarinfo xəbər verir ki, ilk üç yeri Rusiya, ABŞ və İsrail Silahlı Qüvvələri tutur.

89 ölkə arasında ilk onluqda Çin, Cənubi Koreya, İran, Böyük Britaniya, Ukrayna, Almaniya və Türkiyə də yer alıb.

Reytinqdə ölkələrin əhalisi və ümumi daxili məhsulu (ÜDM) kimi amillər nəzərə alınıb. Bundan əlavə, reytinqdə ölkənin qısa təsviri və tarixinə qısa ekskurs da var.

Məsələn, bu reytinqə görə dünyanın ən güclü ordusuna malik olan Rusiyanın təsvirində qeyd edilir: "Rusiyanın miqyasını təsəvvür etmək çətindir. Bu, ərazisinə görə dünyanın ən böyük ölkəsidir - Kanadadan demək olar ki, iki dəfə böyükdür, dünyanın ikinci ən böyük ölkəsidir - və bütün Şimali Asiyanı və Şərqi Avropanın çox hissəsini əhatə edir. Qurudan ondan çox ölkə ilə, dəniz yolu ilə isə Yaponiya və ABŞ ilə həmsərhəddir".

Azərbaycan ordusu 29-cu yerdə qərarlaşıb. "U.S. News and World Report" Azərbaycan haqqında digər məlumatları da təqdim edib.

Qeyd edilir ki, Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşən ölkədir. Coğrafi kəsişmədə yerləşən ölkə 1918-ci ildə, Birinci Dünya Müharibəsindən sonra ilk dəfə, demokratik respublika olmazdan əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub. Ancaq müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika olub.

Əhalinin əksəriyyəti etnik azərbaycanlılardır. Vətəndaşların əksəriyyəti müsəlman olsa da, Azərbaycan dini etiqad azadlığına zəmanət verən dünyəvi dövlətdir. Azərbaycan Prezident Respublikası hesab olunur.

Ölkə təbii ehtiyatlarla zəngindir və iqtisadiyyatı əsasən neft və digər enerji ixracına əsaslanır. Azərbaycan yüksək iqtisadi inkişaf və savadlılıq səviyyəsinə malik gəlirli ölkə hesab olunur.

89 ölkənin ordusunun sıralandığı reytinq cədvəlində Ermənistanın adına rast gəlinmir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->