Xəbər lenti

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında
Ölkə06:47 15.02.2017

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan isə ilk onluqdadır

Azərbaycan cinayətkarlıq səviyyəsinin göstəricisinə görə dünyanın 20 ən təhlükəsiz ölkələri siyahısına daxil edilib.

Qaynarinfo.Az cebhe.info-ya istinadla xəbər verir ki, reytinq  “Numbeo” resursu tərəfindən hazırlanıb. "Numbeo" ölkələr və şəhərlər barədə dünyanın ən böyük statistik məlumat bazası hesab edilir.

Resursun 125 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri siyahısında 18-ci yerdə durur. İlk onluqda Qətər, Sinqapur, Avstriya, BƏƏ, Honqkonq, Gürcüstan, Yaponiya, Danimarka və Belarusdur.    

Dünyanın ən təhlükəli ölkələri sırasında Venesuela, Honduras, Cənubi Sudan, Cənubi Afrika, Nigeriya, Braziliya və Salvador var.

Qaynarinfo.Az