Xəbər lenti

Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq
Ölkə18:33 26.09.2019

Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hacıqabul quşçuluq fabriki" yaxın aylarda Əfqanıstan bazarına növbəti dəfə yumurta tədarük etməyi planlaşdırır.
Bu barədə Trend-ə müəssisədən bildiriblər.
Məlumata əsasən, hərəsi 360 yumurtadan ibarət 250-300 bağlamanın ixracı nəzərdə tutulur:
"Bu, həmin bazara ikinci tədarükümüz olacaq. İlk ixracat 200 bağlamadan ibarət idi. Paralel olaraq biz yumurta istehsalını 30-35 milyon ədədədək artırmağı planlaşdırırıq. Hazırda bu göstərici 25 milyon ədəd təşkil edir”.
Müəssisədə istehsal olunan məhsul uyğunluq sertifikatına malikdir.