Xəbər lenti

Azərbaycan ən ucuz ölkələr siyahısıda 23-cü oldu
Ölkə14:38 21.05.2016

Azərbaycan ən ucuz ölkələr siyahısıda 23-cü oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın "Ən ucuz 50 ölkəsi" siyahısında Azərbaycan 23-cü yerdədir. "Report" "haberturk"ə istinadən xəbər verir ki, bu siyahını "GoBankingRates.com" saytı tərtib edib.
Siyahı hazırlanarkən, ölkələrdəki mənzil kirayəsi, alış-veriş xərcləri nəzərə alınıb. Ucuzluq ABŞ-ın Nyu-York şəhəri ilə müqayisə edilərək müəyyənləşdirilib.
Siyahıda birinci yerdə Cənubi Afrika Respublikası, sonuncu yerdə isə Belarus yer alıb. Həmin siyahıda Ukrayna 24-cü, Gürcüstan 29-cu, Türkiyə 31-ci, Rusiya 39-cu, Ermənistan isə 42-ci yerdədir.  
Qaynarinfo.az