Xəbər lenti

Azərbaycan Energetika Nazirliyində istefa
Ölkə06:41 14.05.2015

Azərbaycan Energetika Nazirliyində istefa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli vəzifəsindən azad olunub. Qaynar.info azadinform-a istinadən xəbər verir ki, bu barədə A.Mənsimli özü məlumat verib. 
Öz xahişi ilə işdən azad olunduğunu bildirən A.Mənsimli 10 ilə yaxın müddətdə bacardığını etdiyini söyləyib: “Lakin uzun zamandan bəri dostlarımın çoxsaylı təklifləri və təkidləri ilə barışmalı oldum. Bəlkə də ən azı dünyanın üçdə ikisini gəzmişəm. Düşündüm ki, öz gücümü və potensialımı böyük biznesdə sınamağın vaxtı artıq çatıb. Bu yolda mənə dəstək olan bütün dostlarıma təşəkkür edirəm. 10 il bir yerdə çalışdığım səmimi insan, əsl ziyalı, gerçəkdən hər zaman mənə dəstək olan, öz insanpərvərliyi ilə nümunə olan cənab nazirim Natiq Əliyevə mənə bu izni verdiyi üçün minnətdarlıq edirəm”. 
Qaynar.info