Xəbər lenti

Azərbaycan ərazisində İsrail döyüş təyyarələri yerləşdirilib? - MN
Ölkə15:33 20.12.2019

Azərbaycan ərazisində İsrail döyüş təyyarələri yerləşdirilib? - MN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Müdafiə Nazirliyi (MN) bəzi xarici KİV-də guya Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə yayılan məlumata münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür məlumatların heç bir əsası yoxdur.
"Təəssüflər olsun ki, bu kimi məlumatlar vaxtaşırı məqsədyönlü surətdə informasiya məkanına sızdırılır və təxribat məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı bir xarici ölkəyə məxsus döyüş təyyarəsi və digər hərbi təyinatlı vasitələr Azərbaycan ərazisində yerləşdirilməyib. Bu baxımdan yayılan məlumat iftiradır, yalandır və heç bir əsası yoxdur”, - deyə nazirlikdən bildirilib.