Xəbər lenti

Azərbaycan ərəb ölkələrinə silah satacaq
Ölkə19:06 22.07.2015

Azərbaycan ərəb ölkələrinə silah satacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda bir sıra ölkələrlə müxtəlif çaplı döyüş sursatlarının, bir neçə ərəb ölkəsi ilə RPQ-7V2 qumbaraatanlarının, snayper tüfənglərinin, ABŞ və Rusiya ilə optik nişangahların ixracına dair danışıqlar aparırıq". Anspress-in məlumatına görə, bunu “Azeri Defence” jurnalına müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir qeyd edib ki, bunlar real müzakirələrdir: “Bu yaxınlarda İraqdan təklif almışıq. İraqa 500 ədəd RPQ, 500 ədəd minaatan, həmçinin onların döyüş sursatlarını ixrac edəcəyik. Ümid edirəm ki, davam edən danışıqların nəticəsi olaraq, 2015-ci ildə ixrac istiqamətində mühüm nailiyyətlərə imza atacağıq”.
Y.Camalovun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi (MSN) 2013-cü ildə 123, 2014-cü ildə isə 100 milyon dollar həcmində ixracat həyata keçirib.
Onun fikrincə, nazirliyin 10 ildir yarandığı, bunun ilk 3-4 ilinin formalaşma dövrü olduğu nəzərə alınsa, qısa müddətdə bu ixrac rəqəminə yetişmələri MSN-in uğuru hesab oluna bilər.
Qaynar.info